Понедельник
дек 10

Müəllim 7-ci sinif şagirdi ilə evləndi - Azərbaycanda biabırçılıq+Video

Müəllim 7-ci sinif şagirdi ilə evləndi - Azərbaycanda biabırçılıq+Video



Azərbaycanda daha bir müəllim 7-ci sinifdə oxuyan şagirdi ilə evləndiyini etiraf edib.

MAY.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən nüans “Space” kanalında yayımlanan “El bizim, sirr bizim” verilişində məlum olub.

"Tәhsilli vә işlәyәn xanımların ev işlәrindә rolu" mövzusunun müzakirəsi zamanı özünü baş redaktor kimi təqdim edən Mirismayıl Xәlәfli şagirdini sevdiyini, daha sonra onunla ailə həyatı qurduğunu açıqlayıb:

“Mən özüm ali təhsilliyəm. Gedib 7-ci sinifdə oxuyan qızla ailə qurmuşam, sabah mənim başıma qaxınc olmasın. Mən onu məktəbdən çıxartmışam. Sabah xanım mənə deməsin ki, yemək bişirə bilməz, işdən yorğun gəlib, yatmalıdır, dincəlməlidir.

Mən öz yoldaşıma orta məktəbdə dərs demişəm”.

M. Xələflinin bu fikirləri həm verilişin qonaqları, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.

Комментарии (0)

Оставить комментарий