Среда
ноя 14

Gündə 5 litr Coca-cola içən qadının sümükləri əridi - FOTO

Gündə 5 litr Coca-cola içən qadının sümükləri əridi - FOTO


5 litr Coca-Cola içən qadının sümükləri əriyib.

MAY.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, Antalyada 5 yaşından bəri gündə təxminən 5 litr Coca-cola içən qadının sümükləri əriməyə başlayıb. Onurğa sümükləri zədələnən Betül Bayram yıxılıb və belində 5 yerdən qırıq yaranıb. Güclü ağrılardan əziyyət çəkən, yataqdan qalxa bilməyən Betül xəstəliyin səbəbini öyrənmək üçün həkimə gedib.

Antalya Medikal Park Xəstəxanasında Fiziki Müalicə və Reabilitasiya Mərkəzinə müraciət edən Betül Bayramda sümük əriməsi və qırıqların səbəbinin, həddindən artıq Coca-cola içməsiylə, asitik bəslənmə diaqnozu qoyulur.

Həkimin sözlərinə görə, xəstədə sümük əriməsi və bununla bağlı kürək bölgəsində çökmə və qırıqlar var idi.

Aparılan müayinələr göstərdi ki, Betül xanım uşaqlıqdan yaxşı bəslənməyib.

Vitamin deposu sayılan meyvə - tərəvəz əvəzinə ətə üstünlük verib. Və bol miqdarda qazlı içkilər içməsi sümüklərinin əriməsinə gətirib çıxarıb.

Həkimin sözlərinə görə, Betül hətta 5 yaşından bəri su da içməyib. Əvəzində isə səhər-axşam qazlı içkilər içib. Qadın həkimlərin böyük səyi nəticəsində artıq ayağa qalxıb. Müalicəsi davam etdirilir.

Xüsusilə qeyd edək ki, aparılan araşdırmalar göstərir ki, 1 stəkan Coca-cola orqanizmdən atmaq üçün 32 stəkan su içmək lazımdır.

Ülviyyə Mirzəyeva
Gündə 5 litr Coca-cola içən qadının sümükləri əridi - FOTO

Комментарии (0)

Оставить комментарий