Вторник
сен 04

8 yaşlı qıza təcavüz edən 45 yaşlı kişini daş-qalaq etdilər

8 yaşlı qıza təcavüz edən 45 yaşlı kişini daş-qalaq etdilər


Adanada 45 yaşlı kişi 8 yaşlı qızı binanın zirzəmisində zorlayıb.

MAY.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yürəyir bölgəsində baş verib.
İddiaya görə, 8 yaşlı qız M.M.G rəfiqələri ilə oyun oynayarkən binaya girib. Bu zaman 45 yaşlı qonşusu M.A.Ö onu zirzəmiyə apararaq zorlamaq istəyib. Bu zaman digər uşaq qışqırmağa başlayıb. Bundan istifadə edən azyaşlı hadisə yerindən M.A.Ö-nün əlindən qaçmağı bacarıb.

Azyaşlı başına gələnləri ailəsinə danışıb. Eşitdiklərindən dəhşətə gələn ailə M.A.Ö haqqında polisə şikayət ediblər. Şüphəli polislər tərəfindən saxlanılarkən məhəllə sakinləri onun evini daş-qalaq etməyə başlayıblar.

Təcavüzkar çıxarıldığı ilk məhkəmədə həbs edilib.

Комментарии (0)

Оставить комментарий