Суббота
июл 21

Dağıstanda yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır

Dağıstanda yol qəzasında xəsarət alanların hamısı Azərbaycan vətəndaşlarıdır


Dağıstanda şənbə günü baş verən yol qəzasında xəsarət alan 10 nəfərin hamısı Azərbaycan vətəndaşlarıdır.

MAY.AZ trend-ə istinadən bildirir ki, bu barədə Dağıstanın Səhiyyə Nazirliyi xəbər yayıb.

Məlumatda deyilir ki, hazırda xəstəxanalarda 5 nəfər müalicə alır. Qalan 5 nəfər isə ambulator müayinəyə göndərilib.

Qəzada həlak olanlara gəldikdə isə, onlar sürücü və minik avtomobilinin sərnişinidir.

Qeyd edək ki, Mercedes Sprinter mikroavtobusu ilə VAZ-2114 minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Hadisə İzberbaş şəhəri yaxınlığında, "Qafqaz" avtoyolunda baş verib.

Комментарии (0)

Оставить комментарий