Bakıda qadın sürücü piyadanı vurub öldürdü


Bakıda qadın sürücü piyadanı vurub öldürdü


Bakıda qadın sürücü yol qəzası törədib.
MAY.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə paytaxtın Sabunçu rayonunda baş verib.

İyulun 20-də gecə saat 01 radələrində Bakı şəhər sakini Poladova Nərminə Rüfət qızı idarə etdiyi "Kia" markalı 90 AL 030 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonunun Pirşağı qəsəbəsində, 2-ci Sovxoz adlanan ərazidə hərəkətdə olarkən yolun kənarında dayanmış Bəyməmmədov Azər İlqar oğlunu vurub.

Piyada təcili tibbi yardım stansiyasına aparılarkən yolda ölüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


İnstagramda izləyin Telegramda izləyin
нравится0
не нравится0
00
Bölmə: Hadisə Oxunub: 349 Tarix: 20-07-2018, 13:42

Tərəfdaşların xəbərləri

İstifadeci paneli
Youtube səhifemiz