^
U

Suriyada döyüşən azərbaycanlı: Cinsi əlaqəyə məcbur edildim


"Kürd qüvvələriylə döyüşlərdə əsir düşdüm. Əsirlikdə olanda gördüm ki, kürd qadınlar düşərgədə qulluqçu kimi işləyir. Orada kürd qadınlarla cinsi əlaqəyə girmək və başqa məqsədlər üçün istifadə olunmuşam”.

May.Az Azadliq radiosuna istinadən xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edən Rufan Ağcabəyov deyib.

Suriyada Bashar al-Assad rejiminə qarşı döyüşməkdə ittiham olunan Rufan Ağcabəyovla Marfin Vladimirin məhkəməsi 1 aya yaxındır ki, davam edir.

Rufan əsirlikdə olarkən başına gələnlərdən danışarkən deyib ki, saxlandığı düşərgədə hər gün kürd qadınlarla zorən cinsi əlaqəyə girib. Hakimin suallarını cavablandıran Rufan onu Suriyaya aparan yollardan da söz açıb:

"Mən ora Orxan adlı bir nəfərin vasitəçiliyi ilə, Türkiyədən keçərək gedib çıxmışdım. Xeyli azərbaycanlı vardı. İşimin adı "camaat”ın yerləşdiyi inzibati binaya gecə və gündüz keşik çəkmək idi. Silah da vermişdilər – "AK-74” avtomatı... Ümumiyyətlə, orda vəziyyət belədir - Suriya ərazisində"Azəri camaatı” iki yerə bölünür.

Bir hissəyə Abu Yəhya, ikinci hissəyə Xalid başçılıq edir. Abu Yəhyanın dəstəsində 70-80, Xalidin dəstəsində 15-20 azərbaycanlı var. Mən Xalidin dəstəsindəydim. Xalidin dəstəsi hələ yeni yaranmaqdaydı. "Azəri camaatı”nın tərkibi təkcə azərbaycanlılardan ibarət deyildi. "Camaat”da Dağıstandan və başqa yerlərdən müxtəlif millətlərdən olan insanlar cəmləşib”.

Təqsirləndirilən şəxs danışır ki, getdiyi gündən qoruduğu qərargahda - Atma qəsəbəsindəki yüksəklikdə olub. Qərargaha keşik çəkdiyi müddətdə Xalidin yanına xeyli azərbaycanlının gəlib getməsinin şahidi olub.

O, ifadəsində göstərib ki, ərəb şeyxləri tez-tez "Camaat”a yardımlar göndərirmiş.

Əsir düşdüyü müddəti isə həyatının ən ağır günləri hesab edir. O, əsirlikdə olarkən düşərgədə kürd qadınlarının xidmət göstərdiyini, əsirlərin həmin qadınlarla zorla cinsi əlaqəyə məcbur edildiyini də deyir.

Rufan Suriyaya hansı marağa görə getməsi ilə bağlı suala "orda gündə üç dəfə pulsuz yemək və 750 Suriya pulu verilirdi” deyə cavab verib.

O, bildirib ki, Xalidin və Abu Yahyanın dəstəsinin məqsədi İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qoşulanları ərzaq və hərbi geyimlərlə təmin etmək, həmin ərzaqları və geyimləri qaçaq yolla Suriyaya keçirmək olub.

Əslən Xaçmaz rayonundan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov da Suriya döyüşlərindən birində öldürülüb. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçıları olub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Hadisə Oxunub: 1 106 Tarix: 2-07-2016, 11:50
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az