Türkiyədə kömür mədənində uçqun: 6 ölü
Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində kömür mədənində uçqun baş verib.
BAKU.WS-in məlumatına görə, uçqun nəticəsində 6 nəfər dağıntılar altında həyatını itirib.
Son məlumata görə, 1 mədənçi yaralıdır, daha 1 nəfərin isə itkin düşdüyü bildirilir.
Energetika və Təbii Sərvətlər Nazirliyi mədənin lisenziyasız fəaliyyət göstərdiyini bəyan edib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bölmə: Hadisə Oxunub: 793 Tarix: 17-10-2017, 18:37