Вторник
июл 04

Şəmkirdə 16 yaşlı yeniyetmə su kanalında batıb

Şəmkirdə 16 yaşlı yeniyetmə su kanalında batıb


Şəmkirdə 16 yaşlı yeniyetmə su kanalında batıb.

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Şəmkir rayonu, Qaracəmirli kəndi ərazisindən keçən suvarma kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 2001-ci il təvəllüdlü Elvin Səyavuş oğlu Hüseynovun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:11-də başa çatıb.

Комментарии (0)

Оставить комментарий