^
U

Bakıda özünü 12-ci mərtəbədən atan şəxs sağ qalıb


Bakıda özünü 12-ci mərtəbədən atan şəxs sağ qalıb.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Yeni Yasamal qəsəbəsi, Fuad İbrahimbəyli küçəsindəki binanın 12-ci mərtəbəsindən özünü atan 1998-ci il təvəllüdlü Səmədov Şahmar Canəli oğlu xəstəxanaya yerləşdirilib. Xoşbəxtlikdən o, hadisə vaxtı binanın həyətindəki ağacın üstünə düşüb və ölümcül olmayan xəsarətlər alıb.

Bildirilir ki, 19 yaşlı Şahmar Yeni Yasamalda anası ilə birgə yaşayır. Onlar Hövsan qəsəbəsində qeydiyyatdadır.

Qeyd edək ki, ilkin məlumatda Ş.Səmədovun vəfat etdiyi bildirilmişdi.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Açar sözlər: 12, mərtəbə, sağ
Bölmə: Hadisə Oxunub: 930 Tarix: 16-03-2017, 17:50
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az