Bakıda qadın özünü yaşadığı binadan atdı


Bakıda qadın özünü yaşadığı binadan atdı


Bakının Binəqədi rayonunda 47 yaşlı qadın özünü yaşadığı binanın dördüncü mərtəbəsindən aşağı atıb.

BAKU.WS-in SalamNews-a istinadən xəbərinə görə, hadisə rayonun Kunabayev küçəsi 7b, mənzil 12-də qeydə alınıb.

Dərhal hadisə yerinə təcili tibbi yardım maşını, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər. Ağır xəsarətlər alan Gülarə Məlikova 1 nömrəli Şəhər Kliniki Xəstəxanasına aparılıb. Xəstəxanadan G.Məlikovanın vəziyyətinin ağır olduğu bildirilib.

Faktı Binəqədi Rayon Prokurorluğu da təsdiqləyib. Bildirilib ki, faktla bağlı araşdırma aparılır. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


İnstagramda izləyin Telegramda izləyin
Açar sözlər: hadisə Bakı ölüm
нравится0
не нравится0
00
Bölmə: Hadisə Oxunub: 504 Tarix: 31-01-2017, 21:16

Tərəfdaşların xəbərləri

İstifadeci paneli
Youtube səhifemiz