Понедельник
сен 07

Motosiklet avtomobilə çırpıldı - ÖLƏN VAR

Motosiklet avtomobilə çırpıldı - ÖLƏN VAR


Saatlı rayonunda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, sentyabrın 5-də saat 23 radələrində Saatlı rayonunun Musalı kəndi ərazisində Naharlı kənd sakini İ.İbrahimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə şəhər sakini İlham Salmanovun idarə etdiyi motosiklet toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş İ.Salmanov sentyabrın 6-da orada ölüb.

Saatlı RPŞ tərəfindən araşdırma aparılır.

Комментарии (0)

Оставить комментарий