Понедельник
сен 07

"Anasının yanına gəlib və..." -İntihara cəhd etdiyi deyilən qızın atası

"Anasının yanına gəlib və..." -İntihara cəhd etdiyi deyilən qızın atası


Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli məktəbdə intihara cəhd etdiyi deyilən qızın atası Adil Hacıyev hadisənin təsadüfən baş verdiyini deyib.

Oxu.Az-a açıqlama verən A.Hacıyev deyib ki, qızının məktəbin üçüncü mərtəbəsindən özünü atması ilə bağlı səsləndirilən fikirlər yanlışdır:

"Məktəbə anasının yanına gəlib və yıxılıb. Ailə münaqişəsi zəminində baş verməsi iddiası da yalandır. Çox söz deyilə bilər. Əsas odur ki, qızım sağdır. Hələ xəstəxanada qalacaq. Həkimlər ayağında sınıq olduğunu deyirlər".

Qeyd edək ki, məktəbin direktoru Zakir Bayramov 2006-cı il təvəllüdlü Hacıyeva Solmaz Adil qızının naməlum səbəblərdən özünü təhsil müəssisəsinin üçüncü mərtəbəsindən atdığını və şagirdlərin bunu gördüyünü demişdi.

Комментарии (0)

Оставить комментарий