Воскресенье
авг 16

İsmayıllıda qadın özünü asdı

İsmayıllıda qadın özünü asdı


İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə bu gün rayonun Basqal kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1947-ci il təvəllüdlü Səyyarə Bağırova yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.

Onun ağır xəstəliyi ilə əlaqədar bədənindəki ağrılara dözə bilmədiyi səbəbindən özünə qəsd etdiyi bildirilir.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Комментарии (0)

Оставить комментарий