^
U

Bakıda gənc oğlan 47 yaşlı kişini intim təklifə görə bıçaqladı


Bakıda gənc oğlan intim təklifə görə həmcinsini bıçaqlayıb.

May.Az-in Sputnik-ə istinadla verdiyi məlumata görə, bıçaq yarası alan orta yaşlı kişi ötən bazar günü ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanası yerləşdirilib. Nizami rayonu Polis idarəsindən bildirilib ki, zərər çəkənin şəxsiyyəti təyin edilib– bu, Fəttah Allahverdiyevdir (1969 cu il).

Bakı sakini Zaur Ələsgərov (1996-cı il) adlı şəxs şübhəli qismində saxlanılıb. İlkin araşdırmanın gedişatında müəyyən edilib ki, hadisə Naxçıvan küçəsində baş verib. Saxlanılan şəxsin sözlərinə görə, o münaqişə etmək istəməyib. Zaur bildirib ki, Allahverdiyev onu təhqir etdikdən və ona seksual xarakterli təkliflər etdikdən sonra bıçağa əl atıb.

Hazırda istintaq cinayətin detallarını müəyyənləşdirir. Saxlanılan şəxs barəsində cinayət işi açılıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Açar sözlər: Bakı, kişi, intim, təklif
Bölmə: Hadisə Oxunub: 929 Tarix: 10-10-2016, 15:55
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az