^
U

Azərbaycanda dəhşət: Qadın qardaşı və anasını bıçaqladı


Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Vidadi küçəsi, ev 31-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 1967-ci il təvəllüdlü Cəbiyeva Arzu Şaməddin qızı evlərində qardaşı, 1974-ci il təvəllüdlü Cəbiyev Müslüm Şaməddin oğlu və anası, 1938-ci il təvəllüdlü Cəbiyeva Maniya Məcid qızını bıçaqlayıb. Yaralı Ağsu rayon Mərkəzinə çatdırılaraq əməliyyat olunub.

İlkin araşdırmalar zamanı məlum olub ki, M.Cəbiyev sərxoş vəziyyətdə evə gələrək, bacısı A.Cəbiyeva ilə mübahisə edib. Mübahisə nəticəsində A.Cəbiyeva mətbəx bıçağı ilə qardaşını bıçaqlayıb. Həmin vaxt onların mübahisəsini sakitləşdirmək istəyən anaları M.Cəbiyeva da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Hadisə Oxunub: 637 Tarix: 22-04-2020, 12:05
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az