Пятница
янв 17

Müğənninin konsertində qolu sındı

Müğənninin konsertində qolu sındı


Aktrisa, müğənni və Rusiyanın əməkdar artisti Yelena Vorobeyin konsert zamanı qolu sınıb.

Bu barədə əmkdar artist özü "Instagram" səhifəsində məlumat verib.

Onun yazdığına görə, qolu Noqinskdə konsert zamanı ayağının sürüşməsi nəticəsində sınıb.
Aktrisanın sözlərinə görə, qolundan aldığı xəsarətə baxmayaraq, o, bacardığı qədər konserti davam etdirib.

"Həkimlər tamaşa salonunda dayanaraq mənim nə zaman dayanacağımı gözləyirdilər. Mən düz 40 dəqiqə dözdüm", - deyə aktrisa qeyd edib.

Комментарии (0)

Оставить комментарий