^
U

Bakıda Pakistan vətəndaşı qısqandığı azərbaycanlı arvadını ölümcül vəziyyətə saldı


Bakıda bıçaqlanma hadisəsi baş verib.

BiG.AZ “Report”-a istinadla xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü İmran Fəxrəndə Şamil qızı Pakistan vətəndaşı olan həyat yoldaşı tərəfindən qısqanclıq zəminində bıçaqlanıb.

Yaralı hadisə yerinə gələn təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. 35 yaşlı qadın əməliyyat olunub, vəziyyəti ağırdır.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Hadisə Oxunub: 2 433 Tarix: 12-01-2020, 16:01
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az