Понедельник
янв 06

Qoşulub qaçan qudalarla bağlı yeni detallar ortaya çıxdı - VİDEO

Qoşulub qaçan qudalarla bağlı yeni detallar ortaya çıxdı - VİDEO


Ağdaş rayonunda qohum olmağa hazırlaşan və qoşulub qaçan qoqudalarla bağlı yeni detallar üzə çıxıb.

BAKU.WS xəbər verir ki, gündəmi zəbt edən hadisə ilə bağl "Space TV"nin əməkdaşları reportaj hazırlayıblar.

Reportaj zamanı məlum olub ki, Rizvan Əliyev evdən gedərkən arvadına məxsus telefonu və 3900 manat nağd pul götürüb.

Məsələ münasibətdə olan cütlüyün yazışmalarının ələ keçməsi ilə açılıb.

İllərdir ki, nişanlı olan gənclər toylarına az qalmış belə bir hadisə ucbatından ayrılmaq məcburiyyətində qalıblar.

Qeyd edək ki, 29 dekabrda Ağdaş rayonunun Ərəb kəndində məskunlaşan, Şuşa rayonundan olan məcburi köçkün, 1975-ci il təvəllüdlü Rizvan Nizami oğlu Əliyev qızının nişanlısının anası, rayonun Kükəl kənd sakini, 1970-ci il təvəllüdlü Yaqut İsmət qızı Ömərova ilə birlikdə evlənmək məqsədi ilə qaçıblar.

Комментарии (0)

Оставить комментарий