Facebook-u məhkəməyə verdilər: Mark Zuckerberg şirkətdən azad edilə bilər

Facebook-u məhkəməyə verdilər: Mark Zuckerberg şirkətdən azad edilə bilər


Marketinq agentlikləri Facebook şirkətini məhkəməyə veriblər.

Belə ki, onların fikrincə Mark Zuckerberg-in komandası 1 il bundan öncə sosial şəbəkədəki istifadəçilər tərəfindən paylaşılmış videoların baxış saylarının artması barəsində problemi bilib, lakin bunu reklam verənlərdən gizlətməyi üstün tutub.

Bu yeni qalmaqal öz növbəsində səhmdarlarda Mark Zuckerberg-in şirkətin CEO vəzifəsindən azad edilməsi sualını yenidən doğurub.

Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Facebook etiraf etmişdi ki, o, göstəriciləri 60-80% qaldıraraq videoların baxış saylarının qiymətləndirilməsində səhvə yol verib.

Sosial şəbəkədə reklam yerləşdirən marketinq agentlikləri isə bu məsələ ilə bağlı şirkəti məhkəməyə verib. Onların fikrincə şirkət videoların baxış saylarını əslində 150-900% qaldırıb. Şirkət təmsilçiləri isə bunu sadəcə olaraq hesablama səhvinin olması ilə əlaqələndiriblər.

Facebook həmçinin qeyd edib ki, bunun üçün o, rekalm verənlərdən əlavə vəsait əldə etməyib. Lakin marketinq agentliklərinin fikrincə sosial şəbəkə bu problem barəsində 1 il ərzində xəbərdar olub.

Lakin həmin problemi gizlətməyə çalışıb. Məhkəmə iddiaçıları Facebook şirkətindən təzminat tələb edirlər. Təzminatın dəyəri isə açıqlanmayıb.

Son 2 ildə Facebook bir çox qalmaqallarda hallanıb. Şirkətin səhmdarları artıq əvvəl də Mark Zuckerberg-in şirkətin idarəetmə vəzifəsindən ayrılması sualını ortaya qoymuşdular.

Görünür, bu yeni qalmaqal səhmdarların fikirlərini daha da möhkəm edib. “İdarə heyətinin müstəqil sədri Facebook-un inkişafı, bütün bu qalmaqalların bitməsi və həmçinin amerikalılar ilə investorların güvənlərinin geri qaytarılması üçün lazımdır” – deyə mütəxəssislərdən biri qeyd edib. Bu cür fikri həmçinin digər səhmdarlar da dəstəkləyirlər.

Lakin çətinki onlar nəsə edə bilsinlər. Baxmayaraq Mark Zuckerberg şirkətin idarə səhmləri paketinə sahib deyil, o yenə də həlledici səs hüququna sahibdir. Bu cür strukturda onun səhmlərinin dəyəri səsvermədə digər investorların səhmlərindən daha dəyərli hala gəlir.

Mənbə: technote.azскачать dle 11.0фильмы бесплатно


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
f Paylaş
Bölmə: Hüquqi xidmətlər Baxilib: 17 Muellif: Admin Tarix: 19-10-2018, 20:06
   
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
Добавить отзыв
Старайтесь излагать свои мысли грамотно и лаконично

Введите код:
Кликните на изображение чтобы обновить код, если он неразборчив


TEQVIM
«    Ноябрь 2018    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Valyuta mezennesi
Mezenne bu gün 14/11/2018
USD 67.6812 CNY 97.3382
EUR 76.0737 JPY 59.3148
AZN 39.8946 TRY 12.3741

Valyuta konvertoru
Secim:
SAYGAC