^
U

Həftənin ilk iş günü, bazar ertəsinə ulduzlar nə vəd edir ? 02.04.2018


Gündəlik bürclər haqqında məlumat əldə etmək istəyirsizsə BAKU.WS-in təqdim etdiyi "Ulduz Falı" rubrikasını nəzərdən qaçırmayın.

Qoç - Yeni işgüzar əlaqələr qurmaq üçün Göy qübbəsi şanslarınızı artıracaq. Amma gərək təşəbbüskarlıq qarşı tərəfdən olsun. Bu gün şəxsi büdcənizdə müəyyən artımlar da mümkündür.

Buğa – Kifayət qədər düşərli gündür. Ulduzlar gün ərzində nəzərdə tutduğunuz planların reallaşmasına təkan verəcək. Sadəcə, şəraitə uyğun addım atmalısınız. Günahlardan uzaq olmağa çalışın.

Əkizlər - Təxminən saat 15-ə qədər bütün mühüm işlərinizi təxirə salın. Əks təqdirdə uğursuz cəhdlər silsiləsinə mübtəla olacaqsınız. Sonrakı müddətdə isə maraqlı hadisə və insanlarla rastlaşacaqsınız.

Xərçəng – Ulduzlar sizə pul vəd edir. Bu səbəbdən əsas gücünüzü deyilən istiqamətə yönəldin. Fəaliyyət və məhəbbət istiqamətində sevindirici olaylar da baş verə bilər. Sirrinizi yalnız sirdaşa verin.

Şir- Ümumi götürdükdə uğurlu təqvim hesab etmək olar. Əksəriyyətlə müqayisədə daha çox büdcə artımı sizdə gözlənilir. Bu da hazırkı problemlərin həllinə kömək edə bilər. Bu gün yeni təkliflər də mümkündür.

Qız – Şəxsi işlərinizdə, eləcə də qarşılıqlı münasibətlər zəminində müsbət dönüş yaratmaq üçün kifayət qədər şanslarınız var. Atacağınız hər bir addımı dönə-dönə ölçüb-biçin.

Tərəzi - Sağlıq durumunuzu nəzarətdə saxlaya bilsəniz, gün ərzində heç bir probleminiz olmayacaq. Nahardan sonra doğmalarınız və sevdiyiniz adamlarla daha mehriban davranın.

Əqrəb - İşlərinizin çoxluğu fiziki cəhətdən yorğunluğunuza səbəb ola bilər. Lakin nəticənin uğurluluğunu nəzərə alıb usanmayın. Etibar etmədiyiniz adamların məsləhətlərinə əhəmiyyət verməyin.

Oxatan – Qərarlarınızda qəti və ədalətli olsanız, heç bir xoşagəlməzliyin şahidi olmayacaqsınız. Çalışın ki, bahalı əşyalar, o cümlədən daşınmaz əmlak alqı-satqısında iştirak etməyəsiniz.

Oğlaq - Mənfi yüklü Ay bürcünüzdə olduğu üçün gün darıxdırıcı keçəcək, lakin hisslərinizi cilovlamağı bacarmalısınız. Çünki bu gün sizi böyük işlər gözləyir. Əsas vaxtınızı məhəbbətə həsr edin.

Dolça - Ulduzlar boş-boşuna oturmağınızı məsləhət görmür. Ən azı ona görə ki, artıq bürcünüzün aktiv ərəfəsi başlayıb. Şəxsi büdcənizdə və sevgi münasibətlərinizdə uğurlar da gözlənilir.

Balıqlar - Yeni görüş və məsləhətləşmələrdə iştirakınız gözlənilir. Qarşınızı kəsən maneələr yavaş-yavaş səngiməyə başlayacaq. Yaşca sizdən böyük olan təcrübəli adamlardan yararlanın
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Bürclər Oxunub: 936 Tarix: 2-04-2018, 21:26
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az