Суббота
июн 18

Bürclər nə vəd edir? - 18 iyun

Bürclər nə vəd edir? - 18 iyun


Qoç - Məsuliyyətli olmalısınız. Əks təqdirdə bir sıra problemlərlə üzləşəcəksiniz.

Buğa - Hansısa ciddi problemlə rastlaşmağınız gözlənilmir. Görüşdüyünüz şəxslər həyata daha pozitiv baxmağınıza səbəb olacaqlar.

Əkizlər - Üzərinizə düşən işləri indidən planlaşdırın. Hər bir məsələdə qarşı tərəfin rəyini nəzərə alın. İnadkarlıq etməyin.

Xərçəng - Yeni işlərə başlamaq üçün uyğun dövr deyil. Bəxt oyunlarında qazanmaq ehtimalınız böyükdür.

Şir - Sevgi münasibətində hər şey ürəyinizcə olacaq. Sizə karyerada yüksəlmək üçün stimul verən ünsürlərin sayı artacaq.

Qız – Güvənmədiyiniz adamlardan uzaq olun. Hər hansı mübahisə zamanı dərhal oradan uzaqlaşın.

Tərəzi - Bu gün fərdi yaradıcılığınız üçün uğurlu olacaq. İstirahət günü olmağından istifadə edərək əyləncəyə zaman ayırın.

Əqrəb - Əhvalınız yaxşı olmayacaq. Gərginlik keçirəcəksiniz. Çalışın üzünüzü güldürən insanlarla birlikdə olasınız.

Oxatan – Kifayət qədər xoşbəxt hiss edəcəksiniz. Xırda maliyyə problemləri yaşasanız da, üzünüzdən gülüş əskik olmayacaq.

Oğlaq - Sağlamlığınızı qoruyun. Yağlı, şəkərli qidalardan uzaq durun. Lazımsız yerlərə pul xərcləməyin.

Dolça - Günün çox hissəsini yataqda keçirəcəksiniz. Tənbəllik sizi bir çox uğurdan uzaq salacaq.

Balıq - Qohumluq-qonşuluq münasibətlərində gülərüz olun. Humanist olmaq sizə başucalığı gətirəcək.

Комментарии (0)

Оставить комментарий