Понедельник
сен 12

Bayram gününün hava proqnozu açıqlandı

Bayram gününün hava proqnozu açıqlandı


Sentyabrın 12-də Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin regionlarında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, sabah buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 24-28° isti, Bakıda gecə 20-22° isti, gündüz 25-27° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

Şahin Həbibov

Комментарии (0)

Оставить комментарий