Пятница
ноя 22

Bu rayonlarımıza qar yağıb

Bu rayonlarımıza qar yağıb


Ötən gün axşam saatlardan başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır.

Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 12 santimetr, temperatur isə mənfi 3 dərəcədir. Qubanın Qırız və Xınalıq, həmçinin Qusarın Ləzə kəndlərində qarın hündürlüyü 8 sm-ə çatıb. Temperatur Xınalıq və Qrızda mənfi 9 dərəcə, Qusarın Ləzə kəndində isə -15 dərəcəyədək düşüb.

Şimal rayonlarında hazırda qar yağmaqda davam edir.

Комментарии (0)

Оставить комментарий