^
U

Nazirlikdən hava ilə bağlı xəbərdarlıq


Bugün Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən MAY.AZ-a verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26°, gündüz 31-35° isti olacaq. Bakıda gecə 24-26°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.

Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba)

Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək. Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək.

Bölgələrdə də əsasən hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 35-40° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti təşkil edəcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Hava Oxunub: 820 Tarix: 29-07-2018, 14:52
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az