^
U

Növbəti üç günün hava proqnozu açıqlanıb


"Növbəti iki-üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir".

BAKU.WS report-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında belə deyib.

O bildirib ki, may ayının 8-dək Bakıda və Abşeron yarımadasında cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq: "Havanın temperaturu günorta saatlarında 22-27 dərəcə arasında dəyişəcək".

Növbəti günlərdə regionlarda müşahidə olunacaq hava şəraitinə gəlincə, mütəxəssis bildirib ki, əksər rayonlarda, əsasən, yağmursuz hava şəraiti müşahidə olunsa da, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir: "Şərq küləyi əsəcək. Havanın temperaturu 25-30, dağlıq ərazilərdə isə 10-15 dərəcə arasında dəyişəcək".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Hava Oxunub: 890 Tarix: 6-05-2018, 06:49
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az