» » Yollar buz bağlayacaq

Yollar buz bağlayacaq

21.01.2021
70
0

Yanvarın 22-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata görə, yanvarın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Yanvarın 22-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 10-15, yüksək dağlıq ərazilərdə 18-23, gündüz 0-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 22-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Rəylər (0)
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Youtube səhifemiz
Statistika
+0  
Xəbərlər: 10078
+0  
Rəylər: 6614
+92  
İstifadəçilər: 59063

Onlardan:
Rəhbər: 2
Moderator: 0
Jurnalist: 1
Tesdiqlənən: 0
Istifadəçilər: 59059

Qeydiyyat olunub:
Bu gün: 92
Dünən: 182
Həhtə ərzində: 605
Ay ərzində: 4256