Sabahın hava proqnozu


Sabahın hava proqnozu


İstirahət günü üçün gözlənilən hava şəraiti ilə bağlı proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən May.Az-ə verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Abşeronda bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-19° isti olacaq.

Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

İlyas Quliyev

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


İnstagramda izləyin Telegramda izləyin
Açar sözlər: Hava İsti Proqnoz
нравится0
не нравится0
00
Bölmə: Hava Oxunub: 511 Tarix: 12-11-2016, 22:03

Tərəfdaşların xəbərləri

İstifadeci paneli
Youtube səhifemiz