Bu gün yağış yağacaq, şimşək çaxacaq


Bu gün yağış yağacaq, şimşək çaxacaq


Sentyabrın 25-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən May.Az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 15-18° isti, gündüz 20-23° isti, Bakıda gecə 16-18° isti, gündüz 20-22° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gecə intensiv olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gecə və səhər arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Şahin Həbibov

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


İnstagramda izləyin Telegramda izləyin
Açar sözlər: yağış Bakı külək hava
нравится0
не нравится0
00
Bölmə: Hava Oxunub: 527 Tarix: 25-09-2016, 12:10

Tərəfdaşların xəbərləri

İstifadeci paneli
Youtube səhifemiz