^
U

ABŞ-ın dövlət borcu REKORDU YENİLƏDİ - Tramp ölkəni çökdürüb



ABŞ dövlət borcu rekord həddə - 23 trilyon dollara çatıb.

MAY.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin saytında bildirilib.

Qeyd edək ki, "The Hill" nəşrinin məlumatına əsasən, ABŞ prezidenti Donald Trampın hakimiyyəti dövründə ölkənin dövlət borcu kəskin şəkildə artıb. O, prezidentliyə gəlmədən öncə bu rəqəm 19,9 trilyon dollar olub. Qəzet Vaşinqtonun borcunu iqtisadiyyat üçün qorxunc adlandırır.

Xatırladaq ki, oktyabr ayının əvvəlində ABŞ-ın büdcə kəsirinin bir trilyon dollara yaxın olduğu məlum olub. Maliyyə naziri Stiven Mnuçinin sözlərinə görə, 2019-cu il ildə ABŞ 984 milyard dollarlıq borca girdib.

Natəvan Baxşiyeva
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: İqtisadiyyat Oxunub: 667 Tarix: 2-11-2019, 13:09
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az