^
U

Məzənnə BAHALAŞACAQMI? - Əhali dollar axtarışındadır



Son dövrlər əhali arasında dolların bahalaşacağı ilə bağlı söz-söhbətlər gedir. Qeyd edək ki, uzun müddətdir ki, dolların kursu dəyişməz olaraq 1.70 qəpik olaraq qalmaqdadır. Yaxın günlərdə dolların kursunda bahalaşma ola bilərmi?

Bununla bağlı MAY.AZ-a açıqlama verən Neft Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban bildirib ki, dolların bahalaşması üçün zəmin yoxdur:

“Dövlətin valyuta ehtiyatları kifayət qədərdir. Bundan əlavə makroiqtisadi tarazlıq qorunub saxlanılır. Valyutaya olan təlabat artır. Dövlət Neft Fondu tərəfindən valyutanın hərraclarında onun qarşılığı ödənilir. Bunu Dövlət Neft Fondunun hər ay verdiyi hesabatlarında da görmək mümkündür. Dollara olan təlabat ödənilir. Belə olan halda hansı faktor dolların bahalaşmasına səbəb ola bilər”.

İlham Şaban vurğulayıb ki, Azərbaycanda qeyri-neft sektorunun ixracatçıları üçün 1.70 qəpik kursunun saxlanması normal deyil: “Əslində dövlət yumşaq inflyasiya yaratmalıdır. Bununla daxili bazarda çətinlik yaşanmayacaq və xaricdə hansısa məhsulu gətirməklə burdakıların dəyəri artmayacaqdı. Biz 2008-ci ildən 2015-ci ilin əvvəlinə kimi eyni kursu saxlamışdıq. Bu kursu saxlamaq üçün xeyli sayda vəsait xərclənmişdi. Yenidən eyni yolla getməyin nə mənası var”.

Aysel Yusifqızı
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: İqtisadiyyat Oxunub: 793 Tarix: 16-07-2018, 20:06
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az