Azərbaycanda 8 bank tərəfindən özəl kredit bürosu təsis edilib

Azərbaycanda 8 bank tərəfindən özəl kredit bürosu təsis edilib


Bu gün Azərbaycan Beynəlxalq Bankının Baş ofisində özəl kredit bürosunun yaradılması üzrə Təşəbbüs Qrupunun iclası keçirilib.

Azərbaycan Banklar Assosiasiyasından BAKU.WS-ə verilən məlumata görə, iclas zamanı “Azərbaycan Kredit Bürosu” MMC-nin təsis edilməsi qərara alınıb.

Büronun təsisçiləri “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bank Respublika” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “Unibank KB” ASC və “Ziraat Bank Azərbaycan” ASC olub. İclasda həmçinin cəmiyyətin nizamnaməsi, idarəetmə orqanlarının formalaşdırılması ilə əlaqədar məsələlər və cəmiyyətin dövlət qeydiyyatı ilə bağlı işlərə başlanması təsdiq edilib.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri Xalid Əhədov cəmiyyətin Müşahidə Şurasının sədri seçilib. Qeyd edək ki, kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayan, saxlayan, təhlil edən və kredit hesabatlarını verən, həmçinin “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanunu və digər qanunvericilik aktları ilə qadağan olunmayan fəaliyyət növləri ilə məşğul olan qurumdur.скачать dle 11.0фильмы бесплатно


Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
f Paylaş
Bölmə: İqtisadiyyat Baxilib: 118 Muellif: Admin Tarix: 20-12-2017, 19:18

Bölmənin digər xəbərləri

   
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
Добавить отзыв
Старайтесь излагать свои мысли грамотно и лаконично

Введите код:
Кликните на изображение чтобы обновить код, если он неразборчив


TEQVIM
«    Октябрь 2018    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031