auto.may.az

Gundem Butun xeberler

Xeber Arxivi

Апрель 2018 (82)
Март 2018 (45)
Февраль 2018 (33)
Январь 2018 (279)
Декабрь 2017 (117)
Ноябрь 2017 (189)

Teqvim

«    Апрель 2018    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Facebook



» » Azərbaycanda əhalinin pərakəndə ticarət xərcləri artırıb

Azərbaycanda əhalinin pərakəndə ticarət xərcləri artırıb

Baxilib: 51 Muellif: Admin

Azərbaycanda əhalinin pərakəndə ticarət xərcləri artırıb


Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların ümumi dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,3% üstələyərək 30,9 mlrd. manata bərabər olub. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Ticarət dövriyyəsinin 15 623,8 mln. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15 239 mln. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-noyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9% və 2,7% üstələyib.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 46%-i ərzaq məhsulları, 4,6%-i içkilər və tütün məmulatları, 18,4%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabı, 6,3%-i elektrik malları və mebel, 5,3%-i avtomobil yanacağı, 1,4%-i əczaçılıq və tibbi mallar, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 17,3%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Bu ilin yanvar-noyabr aylarında istehlak məhsullarının 12,0%-i ticarət müəssisələri, 53,9%-i fərdi sahibkarlar tərəfindən, 34,1%-i isə bazar və yarmarkalarda satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 9,7%, fərdi sahibkarlar üzrə 1,3%, bazar və yarmarkalar üzrə 1,5% artıb.

Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 288,3 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 39,8 manat və ya 16,02% çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 145,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 142,4 manatlıq qeyri-ərzaq məhsulları alıb.скачать dle 11.0фильмы бесплатно

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bolme: İqtisadiyyat Tarix: 13-12-2017, 19:20

Bölmənin digər xəbərləri

Neft ixracı azalıb, yağ idxalı artıb Şad xəbər: bu şəxslərin borcu silindi Azərbaycanda nə qədər işsiz var? Avqustun 1-dən gömrükdə dəyişikliklər olacaq
   
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.