Четверг
фев 09

Bakıda evlər ucuzlaşır

Bakıda evlər ucuzlaşır


Ictimaiyyət dolların qiymət artımını gözləsə də, son günlər ABŞ valyutasının qiyməti sürətlə ucuzlaşdı. Bu isə öz növbəsində ümidini dollara bağlayıb gəlirini artırmaq istəyənlərə böyük zərbə oldu.

BAKU.WS azxeber-e istinadən xəbər verir ki, qarşıdakı günlərdə paytaxtda mənzillərin qiyməti iki dəfəyə yaxın enəcək. Ehtimallara görə, qiyməti təxminən 100 min manat civarında olan mənzillər 50-60 min manat həddində qərarlaşacaq. Xüsusən bu bahalaşma patyaxtın Xətai, Nizami, Suraxanı, Sabunçu və Yasamal rayonlarında qeydə alınacaq.

Əsasən yeni və köhnə tikili binalarda mənzillərin qiymətinin ucuzlaşacağını deyən mənbə bunu iki əsas amillə əlaqələndirir:

"Buna dolların ciddi şəkildə ucuzlaşması və ipoteka kreditləri ilə bağlı qaydaların sərtləşməsi səbəb olacaq”.

Bu səbəbdən mənbəmiz mənzil almaq istəyən şəxslərə bir qədər gözləməyi, ev almaqla bağlı qərarını 20 gün sonraya saxlamağı tövsiyyə edir.

Комментарии (0)

Оставить комментарий