Суббота
авг 29

Kirayə mənzil bazarında qiymət artımı gözlənilir - VİDEO

Kirayə mənzil bazarında qiymət artımı gözlənilir - VİDEO


Ötən ildən fərqli olaraq, bu avqustda kirayə mənzil bazarında durğunluq hələ də hökm sürür. Bunun əsas səbəblərindən biri böyük ticarət mərkəzlərinin fəaliyyətə başlamaması və xüsusilə tələbələrin ənənəvi təhsil metodu ilə deyil, distant təhsil almalarıdır.

Ancaq son günlər pandemiyanın mərhələlərlə yumşaldılması vəziyyəti bir qədər dəyişib. Eyni zamanda, buna bəzi birinci kurs tələbələrinin onlayn deyil, ənənəvi formada təhsil alması qərarı da təsir göstərib.

Ekspertlərin fikrincə, ötən il tələbələr təxminən kirayə mənzil bazarının 20%-ni əhatə edirdi. Keçən ilin avqust-sentyabr ayları ilə müqayisədə kirayə mənzillərin sıçrayışlı qiymət artımına yəqin ki bu dəfə rast gəlməyəcəyik. Eyni zamanda, senytabr ayının ilk 10 günü ucuz və orta qiymətə təklif olunan kirayə mənzillərə qıtlığın yaşanacağı proqnozlaşdırılır.

Ətraflı Baku TV-nin reportajında:

Комментарии (0)

Оставить комментарий