Четверг
дек 12

103 tələbə dəm qazından zəhərləndi

103 tələbə dəm qazından zəhərləndi


Türkiyənin Çorum vilayətinin Osmancık rayonunda universitet yataqxanasında qalan 103 tələbə zəhərlənərək xəstəxanalara yerləşdirilib.

ON3.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, tələbələr dəm qazından zəhərləniblər.

Çorum valisi Mustafa Çiftçinin sözlərinə görə, 98 tələbə Osmancık və Çorumdakı müxtəlif xəstəxanalarda müalicə olunur, 5 tələbə isə reanimasiyaya yerləşdirilib.

Xatırladaq ki, bu il noyabrın 27-də Sakarya vilayətində 141 şagird zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi.

Комментарии (0)

Оставить комментарий