^
U

KİV: Macarıstan geylərə görə “Eurovision”dan imtina edib


Macarıstan geylərə görə gələn il keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə təmsilçisini göndərməkdən imtina edib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Index” portalı televiziyadakı mənbələrinə istinadən xəbər verib.

Qeyd edilir ki, mahnı müsabiqəsindən rəsmi imtina səbəbi yoxdur, lakin qərar Baş Nazirin ənənəvi dəyərlərin dəstəklənməsi və ölkədə doğum sayının yüksəlməsinə yönələn “hər şeydən əvvəl ailə” siyasəti ilə bağlı ola bilər.

Saytın məlumatına görə, “Eurovision”da iştirakdan imtina edilməsinə baxmayaraq, Macarıstan televiziyasında onun yayımı ləğv edilməyəcək.

Qeyd edək ki, “open up” (açıl – red.) şüarlı “Eurovision-2020” 12-16 may tarixlərində Niderlandın Rotterdam şəhərində keçiriləcək.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Dünya Oxunub: 710 Tarix: 29-11-2019, 06:41
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az