Среда
ноя 07

Şok: Daha bir səudiyyəli jurnalist öldürüldü – İşgəncə verilərək

Şok: Daha bir səudiyyəli jurnalist öldürüldü – İşgəncə verilərək


Camal Qaşıqçının öldürülməsindən 1 ay sonra Səudiyyə Ərəbistanından olan daha bir jurnalistin - Türki bin Əbdül Əziz əl-Yassərin həbsxanada işgəncə verilərək, öldürüldüyü açıqlanıb.

MAY.AZ Teleqraf.com- istinadla xəbər verir ki, məlumatı yayan "The Khaleej" agentliyi jurnalistin öldürüldüyünün təsdiq olunduğunu iddia edib.

Əl-Yassər bu ilin mart ayında Dubayda (BƏƏ) saxlanılaraq, Səudiyyə Ərəbistanına gətirilib və həbs olunub.

İddiaya görə, Səudiyyə rəhbərliyi jurnalistin adından Tvitter-də saxta hesab açaraq, ölkə rəsmilərinin əleyhinə paylaşımlar edib.

Əl-Yassərin həbs edilməsinə səbəb də bu olub.

Комментарии (0)

Оставить комментарий