^
U

NASA” asteroidlərlə mübarizə aparacaq


ABŞ Kosmik Agentliyində (NASA) vəzifəsi kosmik məkanın monitorinqi və xüsusi təhlükəli göy cisimlərinin müşahidəsi olacaq beynəlxalq tədqiqat qrupu yaradılıb.

Asteroidlərin Avropa Cənub Rəsədxanasının (ESO) böyük teleskopu vasitəsilə aşkarlanması üzrə ilk təlimlər iyunda keçirilib və uğurla başa çatıb. Belə ki, astronomlar tərəfindən "2012 TC4” asteroidi aşkarlanaraq onun Yer kürəsi yaxınlığında hərəkət trayektoriyası hesablanıb.

Sonrakı bir neçə ay ərzində ABŞ, Kanada, Kolumbiya, Almaniya, İsrail, İtaliya, Yaponiya, Niderland, Rusiya və Cənubi Afrika astronomları asteroidi izləyərək onun strukturunu, trayektoriya xüsusiyyətlərini və digər parametrləri tədqiq ediblər.

Rusiya Elmlər Akademiyası nəzdində Astronomiya İnstitutunun elmi rəhbəri Boris Şustovun sözlərinə görə, belə müşahidələr yaxın gələcəkdə beynəlxalq tədqiqat qrupları üçün adi praktikaya çevrilə bilər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Dünya Oxunub: 752 Tarix: 17-12-2017, 21:05
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az