Воскресенье
авг 16

Donald Trampın qardaşı vəfat etdi

Donald Trampın qardaşı vəfat etdi


ABŞ Prezidenti Donald Trampın qardaşı Robert Tramp şənbə günü vəfat edib.

TASS xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumatda ABŞ prezidenti 71 yaşlı qardaşı barədə bu ifadələri işlədib: “Ürək ağrısı ilə bildirirəm ki, gözəl qardaşım Robert bu gün sakit şəkildə dünyasını dəyişdi. O, yalnız mənim qardaşım deyildi, o mənim ən yaxşı dostum idi. Onsuz çox darıxacağıq, amma yenidən görüşəcəyik. Onun xatirəsi mənim qəlbimdə əbədi yaşayacaq. Robert, mən səni sevirəm. Rahat yat”.

Xatırladaq ki, Robert Tramp sonuncu dəfə cümə günü Nyu-Yorkda xəstəxanaya yerləşdirilmişdi. Prezident Tramp onu ziyarət edərkən səhhətinin yaxşı olduğu bildirilmişdi.

Комментарии (0)

Оставить комментарий