Среда
апр 22

Gürcüstanda hava daşınmalarına məhdudiyyətlərin müddəti uzadıldı

Gürcüstanda hava daşınmalarına məhdudiyyətlərin müddəti uzadıldı


Gürcüstanda hava nəqliyyatı ilə daşınmalara tətbiq olunan məhdudiyyətlərin müddəti mayın 22-dək uzadılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya Agentliyindən bildirilib.

Qurum qərar barədə Gürcüstana avireyslər həyata keçirən şirkətləri artıq məlumatlandırıb.

Gürcüstanda müntəzəm reyslərin bərpası barədə qərar ölkədəki epidemioloji vəziyyətdən asılı olaraq və səhiyyə qurumlarının tövsiyələri nəzərə alınmaqla qəbul ediləcək.

Qeyd edək ki, qonşu ölkədə koronavirus pandemiyası səbəbindən mayın 22-dək fövqəladə vəziyyət elan olunub.

Комментарии (0)

Оставить комментарий