^
U

ABŞ-da koronavirusdan neçə nəfər öləcək? - TRAMPDAN PROQNOZ


ABŞ prezidenti Donald Tramp ölkəsində koronavirus infeksiyasının qurbanlarının sayı ilə bağlı proqnoz açıqlayıb.

BiG.AZ-ın "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə o, dünən Ağ Evdə jurnalistlər üçün keçirdiyi brifinq zamanı danışıb.

Trampın sözlərinə əsasən, bu gedişatla ABŞ-da epidemiya zamanı ölənlərin sayı 100 minə çatmayacaq, koronavirusdan təxminən 60-65 min nəfər ölə bilər.

Lakin o, qeyd edib ki, hökumət heç bir tədbir görmədiyi halda bu rəqəmlər 2,2 milyona çata bilərdi.

"Biz böyük işlər görmüşük", - deyə prezident vurğulayıb.

Natəvan Baxşiyeva
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Dünya Oxunub: 662 Tarix: 18-04-2020, 13:24
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az