Bakıda 408 min dollarlıq DƏLƏDUZLUQ
Göyçay rayon sakini Aliyə Aslanova və Bakı şəhər sakini Rauf Dadaşov hüquq-mühafizə orqanlarına şikayət edərək Ramiz adlı şəxsin 2016-cı ildə onların 408 min ABŞ dolları məbləğində pullarını dələduzluq yolu ilə aldığını bildirib.
BAKU.WS-in Report-a istinadla məlumatına görə, hadisə Bakı şəhəri, Nərimanov rayonunda qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bölmə: Hadisə Oxunub: 819 Tarix: 3-04-2018, 16:21