Среда
янв 03

Yeni İl Mesajları

Yeni İl Mesajları


Yeni ildə sevdiklərinizə, yaxınlarınıza, dostlarınıza, qohumlarınıza göndərə biləcəyiniz ən gözəl mənalı yeni il təbrik mesajlarını bu səhifədə topladıq.

2017-ci İlin Ən Gözəl Saatları Sizlərlə Olsun, Tək Dərdiniz Xoşbəxtlik Olsun...

Yeni ildə ümidlərin gerçək, gerçəklərin xoşbəxtliklə sonsuz olsun! Neçə belə illərə.

Həyatın bütün gözəllikləri gözlərindəki işıltı qədər gözəl, təmiz, səmimi və parlaq olsun. 2017 ili sənə və ailənə xoşbəxtlik gətirsin.

Hər Yeni İl təzələnilən ümidlərin, çoxalan sevgilərin xəbərçisidir. 2017 ili də belə olsun amma həmişə gözəl olsun. Neçə belə illərə...

Hamımızın bütün marağı gələcək olmalıdır, çünki həyatımızın geri qalanını orada keçirəcəyik. 2017-ci il gələcəyimizə atacağımız ilk addımdır. Bütün addımlarımızın möhkəm olması diləyiylə neçə belə illərə...

Sevginin adı əhəmiyyətli deyil, istər eşq olsun istər dostluq. Yeni ildə sev, sevil. Sevgini ürəyində doyunca hiss et. Yeni İliniz Mübarək!

Ho ho ho! Yeni İliniz Mübarək! Yepyeni bir ilə sevgiylə, sevənlərinlə, sevdiklərinlə xoş gəldin de!

2017-ci ilə girəcəyimiz bu günlərdə istədiyiniz hər şeyin reallaşması diləyiylə. Yeni ildə hər yeni gün bir əvvəlki gündən daha gözəl, istəklərinizə uyğun və sizi xoşbəxt edəcək şəkildə olsun! Yeni İliniz Mübarək!

2016 ili ağrılarımızla, sevinclərimizlə geridə qalır. 2017 daha çox ümid, daha çox sevinc, daha çox xoşbəxtlik gətirsin. Həyatında gözəl illər, xoşbəxt sabahlar, gerçək dostluqlar həmişə səninlə olsun. Yeni ilin sənə və bütün sevdiklərinə sağlamlıq, xoşbəxtlik, sevinc, müvəffəqiyyət, bolca pul, sevgi və hüzur gətirməsini diləyirəm. Xoş İllər!

Bunu unutma: Hər şeyin yox olduğunu düşündüyün anda, gələcək hələ yerindədir. Yeni il gələcəyin ilk addımıdır. İlk addımın sənə uğur və xoşbəxtlik gətirsin. Yeni İlin Mübarək!

Hər kəs bir başqasına kömək etsəydi, hər kəsin işi görülmüş olardı. Yeni il paylaşmalarımızın ili olsun. Xoşbəxtlik, sağlamlıq və sevinc gətirsin. Yeni İliniz Mübarək!

Harada həyat varsa, orada ümid də vardır. Yeni ildə bütün ümidlər və müvəffəqiyyətlər sizinlə olsun. Yeni İliniz Mubarək!

Hər yeni il bir başqa gözəldir. 2017 yeni il sizlərə həyatınız boyunca unuda bilməyəcəyiniz gözəlliklər yaşatsın. Yeni İliniz Mübarək Olsun!

Rəbbimiz bu yeni ili bütün İslam aləmindəki qardaşlarımıza hər anını ən gözəl şəkildə qiymətləndirməyi və hər gününü razı olacağı əməllərlə yaşamağı nəsib etsin.

Комментарии (0)

Оставить комментарий