» » Feryad filminin əsl qəhrəmanı

Feryad filminin əsl qəhrəmanı

28.12.2020
649
0

Fotoda gördüyünüz şəxs 1991-ci ilin dekabr ayında torpaqlarımızı erməni işğalından müdafiə etmək üçün könüllü Qarabağ savaşına qatılan və müharibədə 701-ci briqadanın 3-cü batalyonunun komandiri olan Mehman Hüseynovdur. 701-ci briqada 1991-ci il Dekabrın 8-də Şəhidlər #Xiyabanında andiçmə mərasimindən sonra dərhal Kərkicahan qəsəbəsinin müdafiəsinə göndərildi.
1991-ci ilin dekabrın 28-də Kərkicahan qəsəbəsi uğrunda şiddətli döyüşlərin getdiyi bir vaxtda O döyüş yoldaşları ilə bir evin içində ermənilərin hücumunu dəf edirdi (bu epizod "Fəryad" filmində Ceyhun Mirzəyevlə Hacı İsmayılovun iştirakı ilə canlandırılıb). Kömək üçün ehtiyat qüvvənin göndəriləcəyi vəd edilsə də bu olmur. Nəticədə Kərkicahan qəsəbəsi ermənilər tərəfindən işğal edilən zaman 8 nəfər döyüşçü yoldaşı ilə Mehman Hüseynov əsir düşür. Mehman bəy silahdaşları ilə 2 ay #Xankəndində dözülməz işgəncələr altında əsirlikdə saxlanılıb. Hamımızın yaxşı tanıdığı Fərhad Atakişiyev də həmin günlərdə onunla birlikdə əsirlikdə idi.
1992-ci il fevralın 28-də onu və döyüşçü yoldaşlarını Xocalıdan keçirib bizimkilərlə dəyişərkən Mehman hələ respublikada tam dəqiqliyi ilə bəlli olmayan Xocalı genosidinin ilk canlı şahidi olur və #Ağdamda #Azərbaycan tərəfinə təhvil verildikdən sonra orada mərhum telereportyor Çingiz Mustafayevə gördüyü faciə haqqında 20 dəqiqəlik müsahibə verir. Və məhz bundan sonra Çingiz Mustafayev #Xocalıya şəhid olan soydaşlarımımzı lentə almağa gedir.
Bu müsahibədən sonra "Fəryad" filmi haqqında ideyalar yaranır və 1993-cü ildə Mehman Hüseynovun 2 aylıq əsirlik həyatından bəhs edən "Fəryad" filmi çəkilir (Rejissor Ceyhun Mirzəyev).
Qeyd edək ki, Qarabağ qazisi Mehman Hüseynov 55 yaşında 2015-ci ilin may ayında tənha yaşadığı mənzilində vəfat edib. Onun meyitini dostları aşkar ediblər. Belə ki, M.Hüseynovun telefon zənglərinə cavab vermədiyini görən dostları polislə onun evinə gəliblər, qapını sındırıb, mənzilə daxil olublar. Məlum olub ki, müharibənin od-alovundan keçmiş qazi Mehman tənha yaşadığı mənzilində keçinib. O, Bakının Maştağa kəndində dəfn edilib.
Rəylər (0)
Okunamayan kodu yenilemek için resmin üstüne tıklayınız
Youtube səhifemiz
Statistika
+0  
Xəbərlər: 10078
+4  
Rəylər: 6609
+79  
İstifadəçilər: 58944

Onlardan:
Rəhbər: 2
Moderator: 0
Jurnalist: 1
Tesdiqlənən: 0
Istifadəçilər: 58940

Qeydiyyat olunub:
Bu gün: 79
Dünən: 179
Həhtə ərzində: 625
Ay ərzində: 4292