Среда
окт 30

Müxtəlif ölkələrdə qəribə yol hərəkəti qaydaları

Müxtəlif ölkələrdə qəribə yol hərəkəti qaydaları


Günümüzdə şəxsi avtomobilə sahib olmaq "lüks" sayılmır. Bu, artıq sadəcə nəqliyyat vasitəsidir. Lakin müxtəlif ölkələrdə yol hərəkəti qaydaları fərqlidir.

BiG.AZ bigpicture.ru-ya istinadən oxucuları bəzi qəribə qaydalar barədə məlumatlandırmaq istəyir.

Danimarka


Danimarkada nəqliyyatınızı tamamilə yoxlamamış işə salmaq qadağandır. "Tamamilə" deyərkən, avtomobilin altında heç kəsin yatıb qalmadığını da yoxlamaq nəzərdə tutulur.

Tayland


Taylandda avtomobili köynəksiz idarə edən şəxs (cinsindən asılı olmayaraq) yerli yol polisi tərəfindən cərimələnə bilər.

Meksika


Meksika qadınlara sükan arxasında makiyaj etmək, kişilərə isə üz qırxmaq qadağandır.

ABŞ


ABŞ-da bir çox yol hərəkəti qaydaları artıq köhnəlib, lakin hələ də qüvvədədir. Məsələn, Pensilvaniyada bir at avtomobildən qorxsa, sürücü maşını gizlətməlidir.

Lakin Alabamadakı bu qeyri-adi qanun ağlasığan görünür. Burada ayaqyalın maşın sürməyə icazə verilmir. Məsələ burasındadır ki, həmin ştatda bir sürücü maşını ayaqyalın sürdüyü və pedalın çox isti olduğu üçün vaxtında əyləcə basa bilmədiyindən güclə ölümdən canını qurtarıb.

Lakin Alabamanın başqa bir gülünc qanunu da var: burada sürücülər gözüyumulu maşın sürə bilməz.

Filippin


Filippində tıxaclarla mümkün qədər mübarizə aparılır. Belə ki, nömrəsi 1 və 2 ilə bitən avtomobillər bazar ertəsi, 3 və 4-lə bitən - çərşənbə axşamı, 5 və 6-la bitən - çərşənbə günləri, 7 və 8-lə bitən - cümə axşamları, 9 və 0-la bitən - cümə günləri yollarda görünməməlidir. Şənbə-bazar isə hər kəs yola çıxa bilər.

Fransa, Finlandiya və İspaniyada radar-detektordan istifadə qadağandır. Lüksemburq, Belçika və İsveçdə isə buna görə həbs cəzası da tətbiq olunur -3 aydan 8 ilədək.

Avstriya


Avstriyada da çox qəribə bir qanun var - ölkədə videoregistratorlar rəsmi olaraq qadağandır. Bu cihazlardan istifadə şəxsi həyata müdaxilə hesab olunur.

Natəvan Baxşiyeva

Комментарии (0)

Оставить комментарий