^
U

23 YPX-nin zorla saxladığı avtoş həbs edildi - Video



Bu gün səhər saatlarında Bakıda avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Report xəbər verir ki, Yol Patrul Xidmətinin paytaxt ərazisində xidmət aparan əməkdaşları 90-UR-366 dövlət qeydiyyat nişanlı "Naz Lifan" markalı avtomobilin sürücüsü Ramin Ağayevə manevr qaydalarını pozması, ötmə əməliyyatını düzgün yerinə yetirməməsi, eləcə də, sürət həddini aşımasına görə "Saxla!" əmri verib.

Əmrə tabe olmayan sürücü təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzi küçələrində avtoxuliqanlıq edərək YPX əməkdaşlarından uzaqlaşmağa çalışıb. Lakin Nobel prospektinin NZS qəsəbəsinə düşən hissəsində hüquq-mühafizə orqanları əməkdaşlarının süni tıxac yaratması səbəbindən "Naz Lifan"ı saxlamaq mümkün olub. Sürücü avtomobildən düşüb qaçmaq istəyərkən o polislərin köməkliyi ilə tutulub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayı rəhbərliyinin iştirakı ilə 23 YPX avtomobili "Naz Lifan"ın saxlanılmasında iştirak edib.

***

Bakıda avtoxuliqanlıq edən sürücüyə 30 sutka həbs cəzası verilib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai Əlaqələr Bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, Bakı şəhərinin mərkəzi küçələrində 1985-cil təvəlüdlü Ramin Ağayev idarə etdiyi "Naz Lifan" markalı avtomobillə bir neçə küçə və prospektlərdə xidmət aparan Yol Patrul Xidmətinin (YPX) əməkdaşlarınını verdiyi "Saxla!" əmrinə tabe olmayıb: "Əmrə tabe olmayan sürücünün idarə etdiyi avtomobili iki YPX ekipajı təqib edib. Avtomobil "tələ əməliyyatı" ilə Nobel prospektində saxlanılıb. Avtomobil saxlanıldıqdan sonra sürücü qaçmağa cəhd göstərsədə YPX əməkdaşlarının sayıqlığı nəticəsində tutularaq məhkəmə orqanlarına təhvil verilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə sürücüyə 30 sutkalıq həbs cəzası verilib".

V.Əsədov əlavə edib ki, Ramin Ağayev sürücülük vəsiqəsi olmadan avtomobili idarə edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Avtomobil Oxunub: 995 Tarix: 22-01-2018, 22:52
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az