^
U

Toyota yeni Camry təqdim etdi


Toyota yeni Camry təqdim etdi
Toyota şirkəti Detroytdakı beynəlxalq avtosalonda yeni nəsil sedan Camry-nin amerikan versiyasını təqdim edib. Yeni Camry-nin xarici görünüşü sedan Carolla-nın ölçüləri böyüdülmüş surəti olmadı: avtomobil orijinal görünüşə malikdir, aqressivdir, xarici bəzəklər arasında hətta idman notlarını da görmək olar. Əvvəllər bu, Toyota sedanlarında müşahidə olunmurdu.

Yeni Camry TNGA (Toyota New Global Architecture) platformasında yığılıb. Təkər bazasını böyütməklə, kapot və dam xəttini aşağı salmaqla, o cümlədən avtomobili enliləşdirməklə Toyota konstruktorları avtomobilin ağırlıq mərkəzini aşağı salıblar.

Yeni Camry-nin interyeri müasir tendensiyaların hər şeyin rəqəmsallaşdırılmasına təcəssümüdür: sürücü praktiki olaraq displeylər və sensorlu panellərlə əhatə olunub. Sürücünün gözləri qarşısında 10-düymlük proyeksiyalı ekran, cihazlar panelində bortkompüterin 7-düymlük displeyi, mərkəzi konsolda multimedia sisteminin 8-düymlük ekranı dayanıb.

Yeni Camry-nin amerikan versiyasının mühərrik qammasında 3 yeni aqreqat var: baza olaraq 2,5-litrlik, bir pillə yuxarıda 3,5-litrlik V-şəkilli altılıq və yeni nəsil hibrid. Mühərriklərin gücü barədə rəsmi məlumat verilmir. Benzin mühərriklər 8-pilləli avtomat sürət qutusu ilə, hibrid isə variatorla çalışır.

Toyota yeni Camry təqdim etdi
Toyota yeni Camry təqdim etdi
Toyota yeni Camry təqdim etdi
Toyota yeni Camry təqdim etdi
Toyota yeni Camry təqdim etdi
Toyota yeni Camry təqdim etdi
Toyota yeni Camry təqdim etdi
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Avtomobil Oxunub: 991 Tarix: 16-01-2017, 13:08
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az