Среда
сен 27

Səngəçalda “sovet” mənşəli küçə adları var – VİDEO

Səngəçalda “sovet” mənşəli küçə adları var – VİDEO


Bura Qaradağ rayonunun Səngəçal qəsəbəsidir. Qəsəbədə hələ də “sovet” mənşəli küçə adları qalmaqdadır. Məsələn, bu küçə “Oktyabrın 70 illiyi” küçəsi adlanır.

BAKU.WS-ın Xəzər TV-yə istinadən məlumatına görə, yerli sakinlər küçənin adı dəyişdirilərsə, onların qeydiyyat məsələlərində müəyyən problemlər yaranacağından qorxurlar. Bu səbəbdən onlar küçənin adı ilə bağlı heç yerə müraciət etməyiblər.

“Oktyabrın 70 illiyi” küçəsinin sakinləri deyirlər ki, yalnız onların küçəsi belə adlanmır. Qəsəbədə bir neçə “sovet” mənşəli adları daşıyan küçələr var. Məsələn, “Oktyabrın 50 illiyi”, “Suvorov” küçəsi və sairə.

Yerli sakinlərin iddialarını Qaradağ Rayon İcra Hakimiyyəti də təsdiqləyib. Qurumdan bildiriblər ki, hətta Qobustan ərazisində də belə küçə adları var.

Bütün bu sovet mənşəli küçə adları ilə bağlı təkliflər paketi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Yalnız müvafiq təsdiq qərarından sonra bu adlar dəyişdiriləcək.


Комментарии (0)

Оставить комментарий