Rusiyada torpaq sürüşməsi: 500 turistlə əlaqə kəsilib
Rusiyanın Kabarda-Balkar Respublikasında turizm bölgəsində torpaq sürüşməsi baş verib.
BAKU.WS xəbər verir ki, hadisə nəticəsində 500-dən çox adamın ətraf aləmlə əlaqəsi kəsilib.
Onların əksəriyyəti turistlərdir. Aralarında ruslardan başqa daha 14 ölkənin, o cümlədən ABŞ, Almaniya, Çin, Polşa, Sloveniya və Malayziyanın 133 vətəndaşı var.
Hazırda bölgədə axtarış-xilasetmə işləri aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Bölmə: --- Oxunub: 723 Tarix: 2-09-2017, 02:58