Пятница
дек 02

Bakı Olimpiya Stadionunda “ƏN Yeni İl” olacaq

Bakı Olimpiya Stadionunda “ƏN Yeni İl” olacaq


Dekabrın 31-də Bakı Olimpiya Stadionunda "ƏN Yeni İl” adlı konsert proqramının keçiriləcəyi haqda xəbər vermişdik.

May.Az –in məlimatına əsasən, bu gün konsertlə bağlı brifinq keçirilib.

Tədbirdə stadionun direktoru Cavid Qarayev, mətbuat xidmətinin rəhbəri Cəmilə Mehdiyeva, müğənni Miri Yusif və proqramın aparıcısı İlkin Həsəni iştirak ediblər.

C.Qarayev deyib ki, 20.00-da başlayacaq şou gecə 02:00-dək davam edəcək. Konsertdə 20 min tamaşaçının iştirakı göslənilir: "Lakin hələ ki, 2500 bilet satılıb. Biletlərin məhz bayrama bir neçə gün qalmış satılacağına əminik”.

C.Qarayev meydançanın konsert zamanı ziyan görməyəcəyinə zəmanət verdiyini və problem olmaması üçün bütün lazımi addımların atılacağını qeyd edib. O əlavə edib ki, stadion daha sonra İslam Həmrəyliyi Oyunları üçün keçiriləcək tədbirlər üçün istifadəyə veriləcək.

Tədbirdə o da məlum olub ki, gecədə hər müğənni 10 mahnı ifa edəcək.

Mətbuat konfransında qeyd edilib ki, stadionun əsas meydançasında təşkil olunacaq konsert gecə saat 00.00-da Yeni ilə geriyə sayım, bayram atəşfəşanlığı və diskoteka ilə davam edəcək.

Bundan başqa, tamaşaçıların rahatlığı üçün tədbir günü metronun iş vaxtı artırılacaq, əlavə olaraq "Koroğlu” metrostansiyasından avtobuslar stadion istiqamətində, tədbirdən sonra əks istiqamətdə yola düşəcəklər.

Konsertin biletləri 9 və 100 manat arası müəyyənləşdirilib.

Konsert proqramında yerli ulduzlar Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadisə, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər.

Комментарии (0)

Оставить комментарий